Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının müvəqqəti sədrliyi ilə Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış Baş Assambleyasının ilk iclasının keçiriləcəyi gözlənilir.
"Anadolu" xəbər verir ki, mayın 14-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Türkiyə Böyük Millət Məclisinə yaşı 30-dan aşağı olan 5 deputat daxil olub.
Yeni çağırış Türkiyə parlamentinin ən gənc deputatı Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradan olan namizədi 25 yaşlı Zehranur Aydemir olub.
Osmaniyedən seçilən millət vəkili Baxçalının TBMM-in müvəqqəti sədri olacağı gözlənilir. Çünki o, parlamentin ən yaşlı üzvüdür.
Modern.az xatırladır ki, Türkiyə parlamentində 479 kişi və 121 qadın deputat mandatı alıb. Nəticələrə görə, Ədalət və İnkişaf Partiyası parlamentdə 30, Milliyyətçi Hərəkat Partiyası 4, İYİ partiyası 6, Yaşıl Sol Partiyası 30, Türkiyə İşçi Partiyası 1 qadınla təmsil olunacaq.