Bəşər Əsəd Səudiyyəyə səfər edib
12 İLLİK FASİLƏDƏN SONRA

Suriya Prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Suriya dövlət agentliyi məlumat yayıb.

 

Onun təyyarəsi Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına eniş edib. Suriyanın “əl-Vətən” qəzeti yazır ki, Bəşər Əsəd bu axşam, mayın 18-i və cümə günü səhər ikitərəfli görüşlərdə bir sıra liderlərlə görüşəcək.

 

Xatırladaq ki, Dəməşq Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ildən Ərəb Dövlətləri Liqasından çıxarılmışdı. Son illər bəzi ərəb ölkələri Dəməşqlə münasibətlərin normallaşdırılması prosesinə başlayıb. Bu ilin mayında Suriyanın təşkilatdakı üzvlüyünü bərpa etmək barədə Ərəb Dövlətləri Liqasının qərarı prosesin kulminasiya nöqtəsi olub.

 

Mayın 19-da keçiriləcək sammitdə ərəb ölkələrinin liderləri Sudandakı vəziyyəti, həmçinin Fələstin-İsrail qarşıdurmasının yeni fazasını müzakirə edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.