BMT Komissiyası Azərbaycanın da həmmüəllifi olduğu qətnamə qəbul etdi - FOTO

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Türkmənistanın təşəbbüsü ilə Aral dənizi hövzəsi üçün xüsusi proqramının yaradılması şərtlərini nəzərdən keçirmək üçün Azərbaycanın da həmmüəllifi olduğu qətnamə qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Türkmənistanın təşəbbüsü ilə Banqkokda (Tailand) keçirilən ESCAP-ın 79-cu sessiyasının nəticələrinə əsasən, bu komissiyanın “Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi” adlı qətnaməsi yekdilliklə qəbul edilib.

 

Məlumatda qeyd olunur ki, bu, Türkmənistanın komissiya çərçivəsində təşəbbüskarı olduğu ilk qətnamədir və dövlət başçılarının - Aralın Xilas olunması üzrə Beynəlxalq Fondun təsisçilərinin Bakıda keçirilmiş sammitinin nəticələrini özündə əks etdirir.

 

Son yarım əsrdə Aral dənizinin həcmi təxminən 10 dəfə azalıb. Əvvəllər dünyanın dördüncü ən böyük dənizi hazırda bir neçə su anbarına bölünür və ərazisi 54 min kvadratmetrdən çoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.