“Rəsmi Vaşinqton İrəvan və Bakıya ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib”.
Senzor.az bildirir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində çıxış edərkən deyib.
Onun sözlərinə görə, Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-də keçirilən görüşdə iki tərəf arasında qarşılıqlı, intensiv diplomatik fəaliyyət baş tutub.
Xatırladaq ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.