Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermə başa çatdıqdan sonra “Tvitter”-də paylaşım edib.
Senzor.az-ın xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan səhər saatlarından seçki məntəqələrində fədakarlıqla vəzifələrini yerinə yetirən hər bir tərəfdarına təşəkkür edib.
“Nəticələr dəqiqləşənə qədər bütün qardaşlarımı seçki qutularına sahib çıxmağa dəvət edirəm. İndi millətimizin başımız üzərində olan iradəsini sona qədər qorumaq vaxtıdır!”, - deyə paylaşımda qeyd edilib.
**13:40
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkikərinin ikinci turu çərçivəsində səs verib.
Yerli KİV xəbər verir ki, o, səsvermə hüququnu İstanbulda istifadə edib.
“Türk demokratiya həyatında ilk dəfədir ki, belə bir səsverməni şahidi olduğumuz haldır. Ölkəmizə, millətimizə uğurlar arzulayıram”, - deyə Türkiyə Prezidenti səsvermə prosesi ilə bağlı bildirib.