Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtında keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Armen Qriqoryanın ofisi məlumat yayıb.
Forum mayın 30-da baş tutacaq. Məlumata görə, tərəflər Forum çərçivəsində panel müzakirələrinə qatılacaqlar.