Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm.
Senzor.az xəbər verir ki, bu fikirləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısının ona Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, Yaxın Şərqə təsiri barədə danışdığını vurğulayan İ.Hersoq deyib: “Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”.
**
Azərbaycan əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir.
Senzor.az xəbər verir ki, bu fikirləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
O qeyd edib ki, iki ölkənin səhiyyə nazirləri arasındakı mərasim əməkdaşlıq üçün nə qədər məsələ və sahənin olmasının daha bir nümunəsi və təcəssümüdür.
**16:30
Bizim əlaqələrimizin dərin kökləri var.
Senzor.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır”, - deyə İsrail Dövlətinin başçısı əlavə edib.
**
Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur.
Senzor.az xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
İsxak Hersoq bildirib ki, bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.
**16:10
İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar.
Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında deyib.
Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələrimizin, dostluq və qarşılıqlı dəstək tariximizin olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var. Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşdur, bu gün də belə olmağa davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”.
**15:49
Yəhudi icmasının nümayəndələri Azərbaycan vətəndaşlarıdır, ölkəmizin müasir inkişafına böyük töhfələr vermiş və verməkdə davam edən insanlardır.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında bildirib.
“Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə, Azərbaycandakı bütün digər etnik qrupların nümayəndələri ilə çiyin-çiyinə döyüşüblər. Hesab edirəm ki, bu gün bu amil yalnız Azərbaycanın mədəniyyət, sülh və dostluq sahəsində uğurlu inkişafı üçün deyil, habelə ikitərəfli münasibətlərimiz üçün mühüm amildir”, - deyə dövlətimizin başçısı qeyd edib.
**15:27
Bu gün biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması imkanlarını da müzakirə etdik. Hazırda (ölkələrimiz arasında – red.) həftədə cəmi 4 reys yerinə yetirilir. Fikrimcə, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib.
Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında söyləyib.
Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi (İsrail vətəndaşlarına – red.) barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun (Yəhudi icması - red.) ölkəmiz üçün böyük sərvət olduğunu deyib.
**15:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında ölkəmizin üzləşdiyi təhdidlərdən danışıb.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısı bu baxımdan müdafiə sənayesi sahəsində Azərbaycanla İsrail arasında çoxillik əməkdaşlığı məmnunluqla qeyd edib. “Azərbaycan uzun illərdir bu sahədə müasir İsrail avadanlıqlarından istifadə edir. Bu isə bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir, dövlətçiliyimizi, dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü qorumağa imkan verir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
**14:58
Bu yaxınlarda əməkdaşlığımızı genişləndirməyə başladığımız sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, hazırda bu sahədə çox fəal qarşılıqlı ünsiyyətə start verilib.
Senzor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında deyib.
Kibertəhlükəsizliyin hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Şübhəsiz ki, İsrail şirkətlərinin bu sahədə topladıqları böyük təcrübə bizim üçün də faydalı olacaqdır. Gənc nəslin nümayəndələrinə təlimlərin keçirilməsi və təhsil verilməsi məqsədlərimizə nail olmaq və bizi mövcud təhdidlərdən qorumaq üçün əsas amil olacaqdır”.
**14:44
İsrail Prezidentinin səfəri (İsrail Prezidentinin səfəri – red.) ikitərəfli münasibətlərimizi daha da gücləndirəcək.
Senzor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında deyib.
Hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq”.
**13:41
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.