Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen 4-6 iyun tarixlərində Azərbaycana səfər edəcəklər.
Bu barədə Turan agentliyinə Avropa Şurasının Bakıdakı nümayəndəliyindən bildiriblər.
Səfər proqramı və onun məqsədləri haqqında məlumat verilmir.