Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib.
Senzor.az-ın məlumatına görə, Operativ Qərargahın nümayəndələri - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev karantin rejiminin tələbləri və koronavirusla bağlı ölkədəki son vəziyyət barədə ictimaiyyəti məlumatlandırıblar.
Xatırladaq ki, son vaxtlar Azərbaycanda və dünyada koronavirusa yoluxma sayı artmaqdadır. Son sutkada Azərbaycanda 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib.
**10:00
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla əlaqədar növbəti brifinqi keçiriləcək.
Unikal.org xəbər verir ki, brifinq saat 11:00-a təyin edilib.