Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Krım platforması" sammitində iştirak etmək üçün Ukraynaya gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Xarici işlər naziri Mövlud Çavuşoğlu 2021 -ci ilin 23 avqustunda Kiyevdə keçiriləcək "Krım Platforması" sammitində iştirak etmək üçün Ukraynaya səfər edib", - deyə nazirlikdən verilən açıqlamada bildirilir.
Qeyd edək ki, "Krım Platforması" Krımın Ukraynanın idarəçiliyinə qaytarılması uğrunda bütün dünyada səyləri koordinasiya etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən yaradılıb. Platforma çərçivəsində "Krımın ilhaqının tanınmaması", "Azov və Qara dəniz bölgələrinin silahlanması", "Krımın yenidən inteqrasiyası" və "Krım tatar türklərinin hüquqlarının kompensasiyası" mövzusunda müzakirələr keçiriləcək.
Sammitdə 44 ölkə və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı planlaşdırılır.