“Rusiya Federasiyası bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.
Senzor.az “Komsomolskaya pravda” nəşrinə istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələri Strateji Komandanlığının (STRATCOM) rəhbəri, general Entoni Kotton deyib.
Kottonun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb ötən il Rusiyada “RS-28 Sarmat” qitələrarası ballistik raketinin döyüş növbətçiliyinə yerləşdirilməsi olub: “Bundan əlavə, Rusiya Federasiyası qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”.
General bildirib ki, bu ölkənin nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri də daxildir.