Toy biznesində böhran: ŞADLIQ EVLƏRİ MƏRASİM ZALLARINA ÇEVRİLİR
VİDEO

Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məkanlarda indi boş günlərin sayının artdığı bildirilir.

 

Baku TV bildirir ki, sakinlərin sözlərinə görə, böyük toy mərasimləri əvəzinə kiçik və sadə məclislərə üstünlük vermək daha məqsədəuyğundur.

 

Onların sözlərinə görə, xüsusilə, gənclərin maddi imkanlarının məhdud olması toy xərclərini qarşılamağı çətinləşdirir.

 

"Ən yaxşısı 50 nəfərlik toydur. Çox xərc çəkməyə ehtiyac yoxdur. Böyük toy məclisi artıq şeydir", - deyə sakinlərdən biri mövzu ilə bağlı keçirilən sorğu zamanı söyləyib.

 

Restoran inzibatçıları da müştəri sayında azalma olduğunu bildirirlər. Onların sözlərinə görə, şadlıq evlərində menyu qiymətlərinə müəyyən endirimlər tətbiq olunsa da, əvvəlki tələbatı bərpa etmək mümkün olmayıb.

 

Bəzi məkanların hətta fəaliyyət istiqamətini dəyişərək mərasim evi kimi işləməyə üstünlük verdiyi qeyd olunur.

 



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.