Bakı-Tbilisi-Qars ilə bağlı müəssisə yaradılacaq
AZƏRBAYCAN 50 FAİZ PAY SAHİBİ OLACAQ

"Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış müvafiq sənədə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun idarə olunması məqsədilə birgə müəssisə yaradılacaq".

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.

 

Onun sözlərinə görə, layihə üzrə işlər tam başa çatdıqdan sonra bütün əməliyyatlar bu müəssisə tərəfindən həyata keçiriləcək.

 

“Bu istiqamətdə də artıq işlərə başlanılıb, hüquqi sənədlər hazırlanıb və yaxın günlərdə birgə müəssisənin yaradılacağı gözlənilir. Birgə müəssisə hər iki tərəfin 50 faiz pay sahibi olması şərti ilə yaradılır. Birgə müəssisənin əsas işi layihə ilə bağlı işlərin həyata keçirilməsi, yükdaşıma üzrə tariflərin müəyyən olunması, yüklərin daşınması və bütövlükdə əməliyyat məsələlərinin həll olunmasından ibarətdir", - deyə R.Rüstəmov vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.