Tanınmış araşdırmaçı-jurnalist, Azərbaycanın rusdilli populyar Haqqin.az portalının rəhbəri Eynulla Fətullayev yeni müharibə alovunun və geosiyasi təhdidlərin bürüdüyü İsrailin qaynar nöqtələrində fəaliyyətini davam etdirir.
Senzor.az bildirir ki, hazırda İsrailin Hayfa şəhərində olan jurnalist bir gün əvvəl Haqqin.az-ın oradakı səyyar studiyasında əks-kəşfiyyat və terrorizmlə mübarizə sahəsində tanınmış ekspert Sergey Miqdalla söhbət edib.
Qeyd edək ki, S.Miqdal İsrail, Qərb ölkələri və Avropa İttifaqının hüquq-mühafizə orqanlarına təhlükəsizlik məsələləri ilə bağlı məsləhətlər verir.
Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq onların maraqlı söhbətini öz oxucularına təqdim edir.