Rusiya qalib gəlsə... - FRANSIZ NAZİRDƏN ŞOK XƏBƏRDARLIQ

Fransanın xarici işlər naziri Stefan Sejurne hesab edir ki, Rusiyanın Ukraynada qələbəsi Avropa İttifaqı (Aİ) üçün böyük maliyyə itkiləri demək olacaq.

 

O, “Le Monde” qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın Ukraynada qələbəsi Aİ üçün çox baha başa gələ bilər: “Kollektiv təhlükəsizliyimiz üçün bu, artıq ÜDM-in 2 faizi deyil, daha çox olacaq. İqtisadi baxımdan vəziyyət fəlakətli olacaq. Məsələn, təkcə kənd təsərrüfatı sahəsində Rusiya dünya buğda bazarının 30 faizindən çoxunu nəzarətə götürə və bazar mövqeyindən biz avropalılara qarşı istifadə edə bilər”.

 

XİN rəhbərinin fikrincə, Qərb Rusiya ilə münaqişəyə başlamadan onun məğlubiyyətinə nail olmalıdır. Eyni zamanda o vurğulayıb ki, Ukraynada müharibə aparmaqdan söhbət getmir.

 

Stefan Sejurne həmçinin qeyd edib ki, Ukrayna ərazisində fransız hərbçiləri yoxdur: “Kiyevə yalnız texnika və silahların tədarükü şəklində dəstək var”.(Musavat.com) 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.