Gəncədə nə baş verib? – BAŞ PROKURORLUQ AÇIQLAMA YAYDI

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Senzor.az-ın məlumatına görə, qurumdan bildirilib ki, bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb: “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik".

 

Prokurorluq bununla bağlı əlavə məlumatın veriləcəyini bildirib.

  

Xatırladaq ki, bu gün Azərbaycanın bir sıra KİV-ləri hüquq-mühafizə orqanları əməkdaşlarının guya Gəncə İcra Hakimiyyətində xüsusi əməliyyat keçirərək, icra başçısının birinci müavini Səməd Tomuyevi və digər müavinləri, həmçinin Şəhər İcra Hakimiyyəti başçısı Aparatının memarlıq-tikinti şöbəsinin müdiri Elxan Məmmədovu saxladıqlarını yazıblar. 


Gəncə ŞİH-dən həmin məlumat təkzib edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.