Azərbaycan və İran XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə ediblər - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

Görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

 

İran naziri ölkəmizdə keçirilmiş Prezident seçkilərinin uğurla nəticələnməsi və Prezident İlham Əliyevin yenidən bu ali vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Bu seçkilərin xüsusilə Azərbaycanın bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.

 

Nazirlər, həmçinin Azərbaycanın Səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra, səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar.

 

Tərəflər yüksək səviyyəli təmasların genişləndirilməsi, Azərbaycanla İran arasında Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının işinin önəminin, bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər.

 

C.Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

 

Nazir mövcud regional vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri barədə qarşı tərəfə məlumat verib.

 

Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səylərinin sülh prosesinə təhdid olduğu görüş zamanı vurğulanıb.

 

Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.