Azərbaycan diplomatları İrana qayıdacaqlar

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatı barədə jurnalistlərə açıqlama verərkən deyib.

 

İranlı nazir qeyd edib ki, görüş zamanı Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə aparılıb: “Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq. Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.

 

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyində terror aktı törədilib. “Kalaşnikov” avtomatı ilə silahlanmış terrorçu mühafizə postunu yararaq təhlükəsizlik xidmətinin rəisini öldürüb, daha iki nəfəri isə yaralayıb. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib, səfirliyin fəaliyyəti dayandırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.