Ərdoğanla Zelenski arasında qapalı görüş: NƏLƏR MÜZAKİRƏ OLUNUB?
YENİLƏNİB, FOTO


İstanbulda Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski arasında görüş olub.

 

Senzor.az bildirir ki, Türkiyə və Ukrayna liderlərinin görüşü mətbuata qapalı keçirilib.

 

Danışıqlar başa çatdıqdan sonra prezidentlər birgə mətbuat konfransında çıxış ediblər. 

Prezident Ərdoğan çıxışının əvvəlində Ukrayna Prezidenti və Yunanıstan Baş naziri Mitsotakisin olduqları bölgəyə edilən raket hücumundan narahatlığını bildirib.

 

O əlavə edib ki, Türkiyə Rusiyanın da iştirak edəcəyi sülh sammitini keçirməyə hazırdır. Türkiyə Prezidentinin sözlərinə görə, məsləhətləşmələr zamanı tərəflər Qara dəniz regionunun sabitliyi, ixrac dəhlizləri və gəmiçilik təhlükəsizliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Türkiyə dövlət başçısı Ukraynanın bərpasına güclü dəstək verməyə hazır olduğunu da vurğulayıb.

 

Türkiyə ilə Ukrayna arasında iqtisadi əməkdaşlığa gəlincə, dövlət başçısı qeyd edib ki, azad ticarət sazişinin qüvvəyə minməsi, şübhəsiz ki, ölkələr arasında münasibətlərə yeni təkan verəcək.

 

“Biz 10 milyard dollarlıq hədəfə çatmaq üçün səylərimizi gücləndirmək barədə razılığa gəldik”, - deyə Ərdoğan bildirib.

 

Prezident Ərdoğan öz inamını və diplomatik səylərə sadiqliyini bir daha təkrarlayıb: "Ukrayna ilə həmrəyliyimizi qoruyaraq, ədalətli danışıqlar yolu ilə müharibəni başa çatdırmaq üçün səylərimizi davam etdirəcəyik".

 

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib: “Bu gün mən Rusiya tərəfindən repressiyaya məruz qalan və ən ağır şəraitdə həbsxana və düşərgələrdə saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının siyahısını verdim”.

 

Prezident vurğulayıb ki, “hər kəsi, istər mülki, istərsə də öz xalqını müdafiə edərkən əsir düşənləri azad etməliyik”.

 

Senzor.az


**21:55 (08.03.2024)


Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Senzor.az bildirir ki, görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin hazırki gedişatı, Taxıl Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə sülh barədə ətraflı müzakirələr aparılıb.

 

Zelenski “X” hesabında bildirib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir. Onun sözlərinə görə, ölkəsi Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə istehsalın gücləndirilməsində maraqlıdır.

 

Xatırladaq ki, Ukrayna Prezidenti Türkiyəyə son dəfə ötən il iyulun 7-də səfər etmişdi.

**15:59

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir.


Məlumatı “Haber Global” yayıb.


Bildirilib ki, Ukrayna liderini müşayiət edən nümayəndə heyəti arasında müdafiə naziri Rüstəm Umerov da var.


Ukraynalı qonaqları İstanbul Hava Limanında Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəsi Mehmet Zahit Uzun, Zeytinburnu icra başçısı Adem Uslu, 1-ci Ordu Baş Qərargah rəisinin müavini, briqada generalı Əli İhsan Bulut qarşılayıblar.


Məlumata görə, V.Zelenski martın 8-də axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.


**00:04

Ukrayna Prezidenti Volodimir Zelenski martın 8-də Türkiyəyə səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

 

Məlumata görə, səfər zamanı Ukrayna və Rusiya arasında davam edən müharibənin gedişi, taxıl dəhlizi ilə bağlı vəziyyət ətraflı müzakirə olunacaq.

 

Liderlər həmçinin Ukraynadakı münaqişənin nizamlanması və regionda davamlı sülhə gətirib çıxara biləcək həll yolları barədə fikir mübadiləsi aparacaqlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.