Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.
Senzor.az bildirir ki, paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi vurğulanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.