HƏMAS hərəkatı ABŞ-ın Qəzzada atəşkəs və məcburi köçkünlərin tədricən geri qaytarılması təşəbbüsü ilə razılaşıb.
Bu barədə “Əl Ərəbiyə” məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-ın irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və məcburi köçkünlərin tədricən geri qaytarılmasını nəzərdə tutur.
Xatırladaq ki, "Politiko" daha əvvəl Təl-Əvivin Qəzza zolağında quru əməliyyatını genişləndirəcəyi təqdirdə ABŞ Prezidenti Co Baydenin İsrailə hərbi yardımı məhdudlaşdırmaq barədə düşünə biləcəyini yazmışdı.