Ərdoğan: Qərb dünyanı münaqişə, yoxsulluq və xaos uçurumuna sürükləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini tənqid edərək, bir sıra ölkələrin öz təhlükəsizliyi naminə dünyanın qalan hissəsini od-alova və ixtilaf uçurumuna sürüklədiklərini bildirib.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə lideri Ankarada “Sebillürreşad” Mədəniyyət və İncəsənət Mərkəzinin açılışında çıxış edərkən danışıb.

 

“Qərb ölkələri müstəmləkəçilik, kütləvi ölümlər, oğurluq və ədalətsizlik siyasətini əsaslandırmaq işində çox bacarıqlıdırlar”, - deyə R.T.Ərdoğan vurğulayıb. 

 

Onun sözlərinə görə, Qərb dünyada siyasi, iqtisadi, hərbi və texnoloji dominantlığın əsasını formalaşdırmaq məqsədilə başqa ölkələrin dünyagörüşünün dəyişilməsinə nail olub: “Qərbin məqsədi aydındır: öz təhlükəsizliyini və rifahını təmin etmək. Məhz buna görə, dünyanın qalan hissəsi münaqişə, yoxsulluq və xaos uçurumuna sürüklənir”.

 

Türkiyənin dövlət başçısı əlavə edib ki, Qərbdən gələn mənfi tendensiyalara müqavimət göstərməyin yeganə yolu öz mədəniyyətinə və dəyərlərinə sadiq qalmaqdır: “Yalnız bu yolla bizə qurulmuş tələlərin öhdəsindən gələ bilərik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.