Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının nümayəndələri Baş nazir Rişi Sunakın əvəzlənməsini müzakirə edirlər.
“Bloomberg”in yazdığına görə, Britaniya hökumətinin üzvləri son vaxtlar Sunakın 2025-ci ilin yanvarında keçirilməsi planlaşdırılan parlament seçkilərinə qədər dəyişdirilməsi imkanını getdikcə daha çox müzakirə edirlər.
Qeyd olunur ki, bu cür müzakirələr Sunakın çevik siyasi qərarlar qəbul etmək iqtidarında olmadığını göstərən “səhvlər silsiləsi”ndən sonra başlayıb.