“Taliban" hərəkatının rəhbərliyi Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət Şura yaratmaq istəyir.
Senzor.az bildirir ki, bu barədə hərəkatın liderlərinə yaxin mənbələrə istinadən "Foreign Policy" jurnalı məlumat yayıb.
Nəşr qeyd edir ki, Şurada “Taliban” hərəkatının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Məhəmməd Ömərin oğlu Molla Məhəmməd Yakub və “Haqqani Şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvü Xəlil əl-Rəhman Haqqani təmsil olunacaq.
Məlumatda o da qeyd olunub ki, "Taliban" Əfqanıstanda prezident və ya digər vahid lider postunu bərpa etməyi düşünmür. Lakin keçmiş rəhbərliyin bəzi üzvlərinə seçdikləri nazirlikləri idarə etmələri təklif olunacaq.