ABŞ Konqresinin Nümayəndələr Palatasında uzun müddətdən sonra Ukraynaya 61 milyard dollarlıq yardım haqqında qanunu təsdiqlənib.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Palatada həmçinin İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi və Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri təsdiqlənib.
Onu da qeyd edək ki, 311 konqresmen qanun layihəsinin lehinə, 112-si isə əleyhinə səs verib.