ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsini səsverməyə çıxaracaq - APRELİN 23-də

Aprelin 23-də ABŞ Senatında müttəfiqlərə, o cümlədən Ukraynaya yardım, habelə Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qanun layihələri üzrə səsvermə keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Konqresinin yuxarı palatasında demokrat çoxluğun lideri Çak Şumer açıqlama verib.

 

"Senat milli təhlükəsizlik üçün əlavə maliyyələşdirmə ilə bağlı lazımi addımı atmağa hazırdır və çərşənbə axşamı günü ilk səsvermə ilə bu işi başa çatdırmaq üçün razılığa gəlib", - deyə o, “X” sosial səhifəsində yazıb.

 

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsi üçün müsadirə edilməsi haqqında qanun layihələrini təsdiqləyib. Paketin həcmi 95 milyard dollar təşkil edib. Bundan sonra bu məsələyə ABŞ Senatında baxılmalı və daha sonra Prezident Cozef Bayden tərəfindən imzalamalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.