Türkiyə xüsusi xidmət orqanları “İslam Dövləti” terror qruplaşması (İŞİD) ilə əlaqədə şübhəli bilinən 36 nəfəri saxlayıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
“Dörd vilayətdə keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, - nazir X-də (keçmiş Twitter) yazıb.
Yerlikaya paylaşımında əməliyyatın görüntülərini də yerləşdirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə son bir il ərzində terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.