Son günlər ürək xəstəliklərindən ölənlərin sayında artım müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, qəfil baş verən ölüm hallarına səbəb kimi əsasən ürək və qan-damar sistemində yaranan problemlər göstərilir.
Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi ilə əlaqələndirilir.
Milli Məclisin səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov ürək xəstəliklərinə səbəb olan digər amilləri də açıqlayıb.
Ürək xəstəliklərində irsi, yaş faktorlarının da rolu az deyil.
Mütəxəssislər bildirirlər ki, sözügedən xəstəlikdən gənc nəsil arasında da ölüm halları artır.
Hətta ürək xəstəlikləri uşaqlar arasında da müşahidə edilə bilər. Vaxtında diqqət yetirmədikdə, həmin uşaqlar 15-20 yaşına çatdıqda, bəzən daha az yaşda olanda, müəyyən bir qüsurun ciddi fəsad verməsi və ani səbəbdən qəfləti ölüm baş verə bilər.
Ürək xəstəliklərindən qorunmaq üçün səhhəti daim nəzarətdə saxlamaq lazımdır. İnsanlar siqaret, energetik və spirtli içkilərdən, narkotik vasitələrdən uzaq durmaqla özlərini qoruya bilərlər.
Ətraflı süjetdə: