Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır - FOTO
YENİLƏNİB

"Azərbaycan və Ermənistan tərəfindən sərhəd xəttinin müəyyən olunması istiqamətində son addımları alqışlayırıq".


Bunu Bakıda səfərdə olan Macarıstan xarici işlər naziri Peter Siyarto mətbuat brifinqində deyib.


Peter Siyarto vurğulayıb ki, Macarıstan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və bu mövqeyini açıq və ətraflı şəkildə beynəlxalq platformalarda bəyan edib.


“Regionda sülhün və rifahın bərpası üçü dəstək verməyə hazırıq. Macarıstan olaraq həmçinin Qarabağın minalardan təmizlənməsi üçün də dəstək verməyə hazırıq”, - o bildirib.


Siyartonun sözlərinə görə, Macarsıtanın Azərbaycanla əhəmiyyətli əməkdaşlığı var və hər iki ölkə böhranlı regiondadır. O əlavə edib ki, Ukraynadakı böhran geniş miqyas alır və hamıya təsir edir.


Macar nazir enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq uğurludur: “Biz təbii qaz təchizatı ilə bağlı fəaliyyətə başlamışıq. 1.5 milyon kubmetr təbii qaz Azərbaycandan Macarıstana göndərilib. Bu, səmərəli əməkdaşlıqdır. Azərbaycandan tədarük olunacaq qazın həcmini artırmaq niyyətindəyik. Azərbaycan nefti də Macarıstanda enerji səbətinin ayrılmaz hissəsi olacaq”.

**07:08

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

 

Senzor.az bildirir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat verib.

 

“Xüsusilə uzun bir gecə oldu, amma ən azı burada səhərə yaxındır və biz başlaya bilərik. Bir neçə saatdan sonra Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək”, - Siyarto vurğulayıb.

 

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası baş tutacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.