Rusiyalı kosmonavtlar Oleq Kononenko və Nikolay Çub Beynəlxalq Kosmik Stansiyanın (BKS) xarici səthində təmiri başa çatdıraraq stansiyaya qayıdıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bortdankənar təmirin 7 saata bitəcəyi gözlənirdi.
Lakin kosmonavtlar işi vaxtından əvvəl – 4 saat 36 dəqiqəyə başa çatdıra biliblər.
Bu müddət ərzində kosmonavtlar radiolokator və digər avadanlıqları təmir edə biliblər. Hər 2 şəxs stansiyanın daxilinə qayıdıb və özünü yaxşı hiss edir.
Onu da qeyd edək ki, bu, Oleq Kononenko üçün karyerasında kosmosa yeddinci, Nikolay Çub üçün isə ikinci açıq çıxışı olub.