Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.
Senzor.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında səsləndirib.
“Zəngin enerji resurslarına malik olmağımıza baxmayaraq, biz bu məsələni müdafiə edəcəyik”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, ənənəvi enerjiyə sahib olan ölkələr xüsusilə də iqlim dəyişikliyi məsələsində həmrəylik nümayiş etdirməlidirlər.
**12:42
Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.
Senzor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 26-da Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Ölkəmizin dənizdə təsdiq edilmiş külək enerjisi potensialının 157 qiqavat həcmində olduğunu söyləyən dövlətimizin başçısı bildirib ki, bu, bizim potensialımızın göstəricisidir.
**
Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.
Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Biz xarici tərəfdaşlarımızla nəhəng yaşıl keçid layihələrinə başlamışıq”, - deyən dövlətimizin başçısı bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayıb. Bildirib ki, təkcə bu il 1300 meqavat həcmində külək və günəş enerjisi layihələri həyata keçiriləcək.
**
Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.
Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Çünki enerji, qaz və neftlə zəngin olan ölkələr bu işdə - iqlim dəyişikliyi ilə mübarizə sahəsində öndə getməlidirlər. Beləliklə, bu müxtəlif platformalar bizdə yaxşı həmrəylik ruhu yaradacaq və bizə imkan verəcək ki, hədəflərimizə nail olaq. Bizim ölkə COP-a ev sahibi seçilən kimi bir sıra media qurumları bizim enerji portfelimizi təhlil etməyə başladılar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
**
Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək.
Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb: “Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur”.
**
Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.
Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Hesab edirəm, Azərbaycanın beynəlxalq təmasları, əlaqələri, beynəlxalq təşkilatlardakı fəaliyyəti bizə imkan verəcək ki, körpüləri quraq, gücləndirək, müxtəlif qitələrdən olan ölkələr arasında həmrəyliyi də gücləndirək”, - deyə dövlətimizin başçısı bildirib.
**12:14
Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.
Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, o cümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
**
Bizim neft-qaz sahəsində uzun illər ərzində xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var.
Senzor.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında söyləyib.
2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalandığını xatırladan dövlətimizin başçısı bildirib ki, bu gün bizim Avropa İttifaqına, Avropa qitəsinə qaz təchizatımız artır.
**
COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.
Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
Bu qlobal tədbir üçün Azərbaycanın bir ildən az vaxtı olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz də əlimizdən gələni edirik ki, yaxşı nəticələr əlimizdə olsun”.
**11:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.
Senzor.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
**11:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir.
Senzor.az xəbər ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
**10:58
“15-ci Petersberq İqlim Dialoqu”nun ikinci günü başlayır.
“Report”un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev aprelin 26-da keçiriləcək “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun tədbirdə çıxışı gözlənilir.
Xatırladaq ki, Azərbaycan lideri Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə aprelin 25-də Almaniyaya işgüzar səfər edib. İlham Əliyevin səfər çərçivəsində Almaniya Prezidenti Frank Valter-Ştaynmayer, Kansler Olaf Şolts və xarici işlər naziri Annalena Berbok ilə görüşləri gözlənilir.