Türkiyənin Afyonkarahisar, Nevşehir, Malatya və İzmir şəhərlərində təşkil edilən “Kibergöz-36” əməliyyatlarında 109 şübhəli saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.
O, informasiya sistemlərindən istifadə edərək keyfiyyətli fırıldaqçılıq edənlərin əməllərinə davam etmələrinə fürsət yaratmayacaqlarını bildirib: “Kiber cinayətlərə qarşı mübarizəmiz əzmlə davam edəcək əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm”.
Nazir qeyd edib ki, əməliyyatlar futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi haqqında qanuna qarşı çıxmaq, məlumat sistemlərindən istifadə etməklə qumar oyunları üçün yer və imkan təmin etmək, çirkili pulların yuyulması halları kimi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərə qarşı keçirilib.