İsrail HƏMAS-a bir həftə vaxt verdi - SON XƏBƏRDARLIQ

İsrail HƏMAS hərəkatına atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib. Əks halda Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyata başlayacağını bəyan edib. 

 

Senzor.az bildirir ki, bu barədə mənbələrinə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

  

Nəşr daha əvvəl HƏMAS lideri Yəhya Sinvarın, Qəzza zolağında “müharibəyə son qoymaq üçün etibarlı plan” ehtiva etməsə, İsraillə atəşkəs razılaşmasına razı olmayacağını yazmışdı.

 

WSJ-nin qeyd etdiyi kimi, son təklif 40 günə qədər ilkin sakitlik müddətini nəzərdə tutur, bu müddət ərzində HƏMAS 33-ə qədər girovu azad edəcək, daha sonra uzunmüddətli atəşkəslə bağlı mümkün danışıqlar aparılacaq. Növbəti mərhələlərə ən azı altı həftəlik atəşkəs daxil olacaq, bu müddət ərzində HƏMAS və İsrail girovları azad etməyə və döyüşlərdə bir ilə qədər davam edə biləcək fasiləni uzatmağa razılaşırlar.

 

Daha əvvəl Əl-Qahira əl-İxbariyadan olan bir mənbə, bəzi qeyd-şərtlərə baxmayaraq, HƏMAS və İsrail arasında razılaşmanın böyük ehtimalla yaxın bir neçə gün ərzində əldə ediləcəyini bildirmişdi.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.