Putin və Paşinyan razılığa gəldilər: RUSİYA QOŞUNLARI ERMƏNİSTANI TƏRK EDİR
YENİLƏNİB, VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında bir saatdan çox çəkən görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat və Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.

 

Bu barədə iqtidara yaxın “Baqramyan 26” teleqram kanalı məlumat yayıb.

 

“Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar uğurla nəticələnib. Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər”, – məlumatda qeyd olunub.

 

**23:58 (08.05.2024)


Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

 

Senzor.az bildirir ki, görüşdə ikitərəfli və regional münasibətlərin mühüm məsələləri müzakirə edilib.

 

Həmçinin, regionda təhlükəsizlik mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, bu, liderlərin cari ildəki ilk görüşü olub. Sonuncu dəfə Putin və Paşinyan 2023-cü ilin dekabrında görüşüblər.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.