Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq platformalarda mövqeyini müdafiə edəcəyini bildirib.

 

Senzor.az yerli mediaya istinadən xəbər verir ki, bunu İran Prezidenti BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl deyib.

 

Pezeşkian bildirib ki, BMT Baş Assambleyasının toplantılarında xalqına qarşı törədilmiş cinayətlər barədə danışacaq və ölkəsinin mövqeyini diqqətə çatdıracaq.

 

Vurğulanıb ki, İran dəfələrlə danışıqlar masasına əyləşib və müxtəlif razılaşmalar imzalayıb. Pezeşkian qarşı tərəfin götürdüyü öhdəliklərə əməl etmədiyini və razılaşmaların müddəalarını pozduğunu bildirib.

 

Pezeşkian əlavə edib ki, qarşı tərəf İrana hərbi yollarla təsir göstərə bilmədiyi üçün hava və quru yollarının bağlanmasına əl atır.

 

Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. Onun sentyabrın 23-də Baş Assambleyanın yüksək səviyyəli iclasında çıxış edəcəyi gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.