
Türkiyənin Diyarbəkir şəhərində borc məsələsi ilə başlayan mübahisə silahlı toqquşmaya çevrilib.
Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
İlkin məlumata görə, atışma zamanı üç nəfər həyatını itirib, daha üç nəfər isə yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həlak olan şəxslərin meyiti ekspertiza üçün morqa göndərilib.
İki şübhəlinin yaxalandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.