
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində inşa edilmiş yeni helikopter meydançasının açılışını edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp rəmzi lenti kəsdikdən sonra meydançadan ilk dəfə istifadə edərək “Marine One” helikopteri ilə Endryus hərbi bazasına yola düşüb.
Prezident daha sonra BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak etmək üçün təyyarə ilə Nyu-Yorka uçub.
ABŞ Prezidenti mərasim zamanı iştirakçılar qarşısında qısa nitq söyləsə də, mühərriklərin səsi səbəbindən onun dediklərini eşitmək mümkün olmayıb.
Qeyd edək ki, qranitdən tikilmiş və üzərində ABŞ Prezidentinin gerbi həkk olunmuş meydançanın yeni, daha güclü Prezident helikopterləri üçün nəzərdə tutulduğu bildirilir.
Layihənin dəyəri təxminən 6 milyon dollar qiymətləndirilir.