Rusiyanın yeni tank əleyhinə raket kompleksləri “Kornet” bu ölkənin Tacikistandakı hərbi bazasının silahlanmasına daxil edilib.
“RİA Novosti” bu barədə Mərkəzi Hərbi Dairənin (CVD) mətbuat xidmətinə istinadən xəbər yayıb.
Qeyd edilir ki, “Kornet” tank əleyhinə raket sistemləri vertolyotlar və pilotsuz uçuş aparatları da daxil olmaqla düşmənin zirehli texnikasını və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Xatırladaq ki, Tacikistanda yerləşən 201-ci baza Rusiyanın xaricdəki ən böyük hərbi obyektidir.