Almaniya Kansleri Angela Merkelin Ukraynaya səfəri gözlənilir.
Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov "Facebook" hesabında məlumat paylaşıb.
Mətbuat katibi bildirib ki, səfər avqustun 22-də baş tutacaq.
O qeyd edib ki, görüşlərdə təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqələr və digər məsələlər müzakirə olunacaq.
APA xatırladır ki, Ukrayna Prezidenti Vladmir Zelenski Almaniya Kansleri Angela Merkellə sonuncu dəfə iyulun 12-də Berlinə səfəri çərçivəsində görüşüb.