Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin ölkə vətəndaşları və ya İsrail kimi müttəfiqləri ilə bağlı araşdırmalarında çalışan şəxslərə qarşı iqtisadi və viza sanksiyaları tətbiq edib.

 

Bu barədə “Reuters” xəbər yayıb.

 

Sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dakı hər hansı aktivlərinin dondurulmasını,  onların və ailələrinin ölkəyə səfərinin qadağan edilməsini əhatə edir. Məhdudiyyətlərə məruz qalanların adları açıqlanmır.

 

Maraqlıdır ki, Tramp bu fərmanı İsrail Baş naziri Binyamin Netanyanının Vaşinqtona səfər etdiyi bir vaxtda imzalayıb.

 

Onu da xatırladaq ki, ötən il noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsinin ilkin istintaq palatası İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.