Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələri ordularının sahib olduqları ballistik raketlərin sayını açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, SİPRİ-nin siyahısında Azərbaycan da var.
Qeyd olunub ki, Ordumuzun arsenalında 4 ədəd ballistik raket var.
Siyahıda 16 raketlə Ermənistan da yer alıb. İranın 100, Çinin 424, qardaş Türkiyənin 561 ballistik raketi var.
Dünyada ən çox ballistik raketə malik ölkə isə Rusiyadır. Bu ölkənin silahlı qüvvələrinin arsenalında 1400-dən çox ballistik raket var. ABŞ 1300 raketlə ikincidir.