Avropa özünün yaratdığı böhranla üz-üzədir, o, öz seçicilərindən qorxur və bu vəziyyətdə ABŞ üçün faydasızdır.
Senzor.az bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münxen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.
“Avropa bir çox problemlə üz-üzədir, lakin qitənin indi üzləşdiyi böhranı özü yaradıb. Öz seçicilərinizdən qorxursunuzsa, Amerikanın sizə təklif edəcəyi heç nə yoxdur, eləcə də sizin məni və prezident Trampı seçən Amerika xalqına təklif edə biləcəyiniz heç bir şey yoxdur. Önümüzdəki illərdə mühüm işlər görmək üçün sizin demokratik mandata ehtiyacınız var”, - o deyib.
Vens əlavə edib ki, bunun üçün Avropa hökumətlərinə öz vətəndaşlarına qarşı daha həssas olmaq lazımdır.
Ətraflı videomaterialda: