ABŞ-ın dövlət katibi Sergey Lavrova zəng etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.

 

Senzor.az Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Tərəflər Rusiya-ABŞ münasibətlərində mövcud problemlərin həlli üçün kommunikasiya kanalının saxlanılması, eləcə də qarşılıqlı ticarət-iqtisadi və investisiya əməkdaşlığındakı maneələrin aradan qaldırılması barədə müzakirələr aparıblar.

 

Söhbət zamanı Ukrayna münaqişəsinin nizamlanması, Fələstin ətrafındakı vəziyyət və Yaxın Şərqdəki regional proseslər müzakirə olunub. Həmçinin, Rusiya və ABŞ-ın xarici nümayəndəliklərinin işinə dair mövcud maneələrin aradan qaldırılması üçün yaxın vaxtlarda ekspert görüşünün təşkilinə dair razılıq əldə edilib.

 

Lavrov və Rubio, prezidentlər tərəfindən müəyyən edilmiş tonallıq çərçivəsində qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqun bərpası üzərində işləmək niyyətlərini təsdiqləyiblər. Tərəflər müntəzəm əlaqələrin saxlanılması və ən yüksək səviyyədə Rusiya-ABŞ görüşünün hazırlanması barədə razılığa gəliblər.

 

Qeyd edək ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub və liderlər Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.