Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ölkədə prezident seçkisinin oktyabrın 26-da keçirilə biləcəyini iddia edib.
Bu barədə o, "Senzor” nəşrinə müsahibəsində deyib.
Poroşenko qeyd edib ki, bu barədə Ukrayna Prezidenti Ofisindəki və hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat yayılıb.
“Qeyd edin: Bu ilin 26 oktyabrı...”, - o bildirib.
Sabiq prezidentin sözlərinə görə, indiki hakimiyyət hər şeyi elə hazırlayır ki, seçkidə rəqibsiz qalsın: "Və demokratiyanı, azadlığı, seçkinin şəffaflığını məhv edərək yenidən hakimiyyətə qayıtsınlar. Çünki onlar hakimiyyətdən getməkdən qorxurlar".