Azərbaycan Suriyadakı səfirliyi fəaliyyətini bərpa etdi
13 İLDƏN SONRA

Azərbaycan 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu məqsədlə səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.

 

"Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir", - məlumatda qeyd edilib.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Azərbaycan səfirliyi Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.