Türkiyənin 51 şəhərində PKK/KCK terror təşkilatına qarşı 5 gündür “Gürz-46” əməliyyatı keçirilir.
Senzor.az bildirir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.
O qeyd edib ki, əməliyyatlar çərçivəsində 282 terrorçu saxlanılıb.
Bundan başqa, terrorçulara məxsus xeyli sayda silah-sursat da ələ keçirilib.