Azərbaycan İspaniya və Çinin hərbi şirkətləri ilə əməkdaşlığı genişləndirir
FOTO

Azərbaycan İspaniya və Çinin hərbi sənaye müəssisələri ilə əməkdaşlığı genişləndirir.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

 

Belə ki, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində İspaniyanın “Escribano” şirkətinin prezidenti Xavier Escribano Ruiz və “İndra” şirkətinin sədri Angel Escribano Ruiz, həmçinin Çin Xalq Respublikasının “Norinco” şirkətinin prezidenti Çen Defan, İndoneziya Respublikasının “E-System Solutions FZ” şirkətinin icraçı direktoru Həbib Boukharouba ilə görüşüb.

 

Görüşlərdə şirkətlərin hərbi sənaye müəssisələri ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.

 

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə İspaniyanın “Escribano” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Çin Xalq Respublikasının “Norinco” şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.