Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də məlumat paylaşıb.
O qeyd edib ki, Adıyaman, Ankara, Aydın, Balıkesir, Bartın, Bilecik, Bursa, Diyarbakır, Edirne, Elazığ, Gaziantep, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Muğla, Ordu, Rize, Tokat, Trabzon, Tunceli, Uşak ve Yozqar vilayətlərində keçirilən əməliyyat nəticəsində ümumilikdə 353 şübhəli saxlanılıb.
Saxlanılan şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri bildirilib.
A.Yerlikaya qeyd edib ki, terrorçulara və onları maliyyələşdirənlərə qarşı mübarizə davam edəcək.