Ötən ilin noyabrından həbsdə olan Ali Radanın müxalifətyönlü deputatı Aleksandr Dubinski Ukrayna prezidenti postuna namizədliyini irəli sürüb.
Yerli KİV bildirir ki, bu barədə o, Teleqram kanalında yazıb.
“Mən - 1981-ci il təvəllüdlü, Kiyevdən olan Aleksandr Dubinski bəyan edirəm: Ukrayna prezidentliyinə namizədliyimi irəli sürürəm”, - deyə o bildirib.
Dubinski hazırda Ukraynanın formaca yeni diktatura təhlükəsi ilə üzləşdiyini qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Trampın Zelenskini "diktator" adlandırmasından və Ukraynada seçki keçirməməkdə suçlamasından sonra Kiyevin noyabrda seçki keçirə biləcəyi haqda məlumatlar yayılıb.