İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
"Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib", - məlumatda vurğulanıb.